Zakir Qaralovdan ƏMR: Mətbuat xidmətinə yeni prokuror təyin edildi

Zakir Qaralovdan ƏMR: Mətbuat xidmətinə yeni prokuror təyin edildi

PAYLAŞ:

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib.
Baş Prokurorluğun veb-saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.
Yeni təyinatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.
E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.report

COMMENTS