Yeni təmirdən çıxan Salyan-Neftçala yolu dağılır- FOTOLAR

Yeni təmirdən çıxan Salyan-Neftçala yolu dağılır- FOTOLAR

PAYLAŞ:

Bir aya yaxındır əsaslı təmir olunan Salyan-Neftçala magistral yolu artıq bir necə istiqamətdə dağılmağa başlayıb.

Bizimxeber.az-a daxil olan şəkillərdən də aydın görünür ki, yolun müəyyən hissələrində yol örtüyü sürüşüb, rayonun Bankə qəsəbəsi istiqamətində olan hissəsi isə artıq dağılıb.

Maraqlısı budur ki, bu yol heç bir ay yoxdur ki, əsaslı təmirdən çıxıb. Elə isə, yolun bu tezlikdə dağılmasınının səbəbi nədir?

Məlumat üçün bildirək ki, yolu Azərbaycan Avtomobilyolları Dövlət Agentliyi təmir edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS