Süleyman Mikayılov fürsəti fövtə vermir

Süleyman Mikayılov fürsəti fövtə vermir

PAYLAŞ:

Qaradağın icra başçısı Süleyman Mikayılov indi də “Formula 1” yarışı ilə bağlı diqqətə gəlib. Bu barədə yerli icra hakimiyyətinin əməkdaşlarından biri adının çəkilməməsi şərtilə informasiya verib.

Mənbənin iddiasına görə, icra başçısı Qaradağ RİH-in vəzifəli əməkdaşlarının (təxminən 20 işçinin) hər birindən 500 manat “yarışma pulu” tələb edib.

Mənbənin söylədikləri: “Onsuz da bilet almışıq. Bu “yarışma pulu” nədir, anlaya bilmirik. Deyəsən, bizim başçı hər bəhanə ilə pul yığmağı vərdiş edib”.

Bu olayla bağlı Qaradağ RİH-ə telefon açdıq. Amma kimsə bu barədə danışmaq istəmədi. Vəziləri səlahiyyətlərinin olmadığını dedilər, bəziləri isə sualımızı eşidən kimi dəstəyi asdılar. Görünəni odur ki, deyilənlərdə həqiqət payı yetərincədir. Amma buna rəğmən yenə də rəsmi reaksianı dinləməyə hazırıq.dia.az

COMMENTS