”SOCAR-ın işçiləri dedi ki, sökün tökün yerə”

”SOCAR-ın işçiləri dedi ki, sökün tökün yerə”

PAYLAŞ:

Aslanovlar ailəsi bu dam örtüklərini bir neçə dəfə vursalar da nəticə yenə dəyişmir. Həyətlərindəki bu kiçik damın yenə də örtüyü yoxdur. 20 ildən çoxdur, Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi, 51 “i” saylı evdə yaşayan ailə iddia edir ki, hər dəfə evlərini düzəltmək istəsələr də özlərini “SOCAR”ın işçiləri kimi təqdim edən şəxslər vaxt itirmədən oranı sökürlər. Sonuncu söküntü isə mayın 4-baş verib və ailə üzvləridən heç kəs evdə olmayıb.

Pərzad Aslanova isə deyir ki, həmin gün evlərindən 120 azn pul və 2 qızıl üzük də itib.

İddialarla bağlı SOCARın mətbuat katibi İbrahim Əhmədovla əlaqə saxladıq. O bildirdi ki, Ramana ərazisində SOCAR yox, AzGerNeft adlı şikrət yerləşir.

AzGerneft şirkətindən zənglərimizi cavablandıran olmadı. Qeyd edək ki, şirkətin adı SOCARın birgə müəssisələr siyahısında yer alır. Və şirkətin 40% Socara məxsusdur.

Ailə baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

COMMENTS