Şabranda ağaclar soyqırıma məruz qalıb- ŞOK İDDİA

Şabranda ağaclar soyqırıma məruz qalıb- ŞOK İDDİA

PAYLAŞ:

Şabran Meşə Mühafizəsı və Bərpası Müəssisəsinin direktoru Bəybala Allahyarov meşəyə qənim kəsilib

Bu barədə dosye.az-a məlumat verən mənbə vurğulayır ki, məhv edilmiş ağaclar “ŞADMAN” markalı kamazlarla Şabran rayonun Zeyvə kəndi istiqamətindən Qubaya daşınır. Məlumat üçün bildirək ki, Ekalogiya Nazirliyi tərəfindən də fakt araşdırılmış və tam sübuta yetirilmişdir. Lakin Bəybala Allahyarov öz ənənəsinə sadiq qalaraq məsələnin həllinə nail olmuşdur.

Bu gün də Şabran rayon ərazisində meşələrin məhvi davam edir. Növbəti yazılarımızda kəsilmiş ağacların və “ŞADMAN” markalı kamazların fotolarını sizlərə təqdim edəcəyik. Və biləcəksiniz ki, B. Allahyarov vəzifə səlahiyyətlərindən sui istifadə edərək təbiətimizin məhvi üçün daha hansı addımlarıdan istifadə edir. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…

COMMENTS