Şəkidə işgəncə: Müdir uşaqların əllərini yandırır, zoğal çubuğu ilə döyür… – ÖZƏL

Şəkidə işgəncə: Müdir uşaqların əllərini yandırır, zoğal çubuğu ilə döyür… – ÖZƏL

PAYLAŞ:

Şəki şəhər Uşaq evində kimsəsiz uşaqlara təyinatı üzrə keyfiyyətli yemək verilməməsi səbəbindən uşaqlar aclıqdan əziyyət çəkirlər
Bunu hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb.
O, Sahib Teymurov adlı şəxsə istinadla qeyd edib ki, aclığa dözə bilməyən kimsəsiz uşaqlar icazəsiz çörək götürdükdə isə körpə uşaqların əlləri qızdırılmış qaşıqla yandırılır.
“Yetim uşaqlar onlara doyunca yemək verilməməsi və digər baş vermiş hadisələr barədə hər-hansı bir şəxsə məlumat verdiyinə görə, Uşaq Evinin rəhbəri İlhamə Məmmədovanın göstərişi ilə körpə uşaqları aparıb zirzəmidə zoğal çubuğu ilə döyüb işgəncə verilməsi, məni qəzəbləndirməyə bilməzdi.
Şəki şəhər Uşaq evinin şüşələrinin çoxu sınıq-çatlaq, otaqlarının döşəməsindən tutmuş divarlarına kimi bərbad vəziyyətdədir. Bufetdə stulların çoxu sınıq olduğu üçün uşaqların oturacaqlarda oturmaqdan qorxurlar.
Dövlət büdcəsindən ayrılan küllü miqdarda pulların oğurlanması səbəbindən Uşaq evinin demək olar ki, hər yerinin pis vəziyyətdə olması açıq aydın görünür. Uşaq evinin tualetində böyük-böyük siçovullar olduğu üçün körpə uşaqlar ora girməkdən qorxurlar.
Dəhşətli dərəcədə üfunət iyi qoxuyan Uşaq Evinin ayaqyolunun şüşələri olmadığı üçün qış fəslində yerin buz bağlaması nəticəsində kimsəsiz uşaqlar yıxılır belləri və qolları sınıb xəstəxanaya düşməsi barədə əlimizdə təsdiqedici məlumatlar var”.
T.Xasməmmədov başqa məqamlara da toxunub.
Kimsəsiz uşaqlara ayrılan yataq dəstlərini, uşaqların geyimlərini, ərzaqlarını, süd məhsullarını, uşaq (PAMPERS) bezlərini, Uşaq Evinin müdiri tərəfindən oğurlanır və dəllallara ucuz qiymətə satır.
Uşaq evinin binasının əsaslı təmirinə və uşaqların gəzintisinə ayrılan vəsaitlər saxtalaşdırma yolu ilə mənimsənilməsi barədə əlimizdə rəsmi sənədlər vardır. Yataq otaqlarının günlərlə təmizlənmədiyi üçün üfunət iyindən içəridə dayanmaq mümkün deyil.
Kimsəsiz uşaqlara doyunca yemək verilməməsi səbəbindən uşaqlar aclığa dözə bilməyib ıcazəsiz (gizlin) çörək götürəndə uşaqların əlləri isti qaşıqla yandırılır.
Uşaq evinə qonaqlar gələndə kimsəsiz uşaqlar onlara hər-hansı bir şikayət etdikdən sonra Uşaq evinin müdiri İlhamə Məmmədovanın göstərişinə əsasən Mirvari (Uşaq Evinin işgəncə kralı) adlı “tərbiyyəçi” onları aparıb zirzəmidə zoğal çubuğu ilə döyüb işgəncə verir. ulus.az

COMMENTS