“Nobel Oil” Şirkətinin rəhbəri oğlunu həbsdən necə qorudu? – Müəmma

“Nobel Oil” Şirkətinin rəhbəri oğlunu həbsdən necə qorudu? – Müəmma

PAYLAŞ:

Bir neçə gün əvvəl mətbuatda “Nobel Oil” şirkətinin rəhbəri Nəsib Həsənovun oğlu “Roma” ləqəbli və çılğın gecə həyatı ilə seçilən Ramiz Həsənovun səhər saat 4-00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurması barədə xəbər yayılmışdı.

R.Həsənovun törətdiyi əmələ görə məsuliyyətə cəlb olunacağı gözlənildiyi halda, hansısa səbəblərdən bu baş vermədi. Ümumiyyətlə, gedişat göstərdi ki, “Roma”nın əməli ciddi cəhdlə ört-basdır olunur. Həmin xəbər cəmiyyətdə rezonans doğursa da, nə hüquq-mühafizə orqanları, nə də məlumatın mətbuatda yayılmasına baxmayaraq “Nobel Oil”in rəhbəri Nəsib Həsənovun özü də oğlu barədə yazılanlara heç bir reaksiya vermədi.

Qeyd edək ki, Bakıda ofisi olan, Avropada böyük layihələrə sərmayə yatıran, Britaniyada qeydiyyatdan keçsə də, Azərbaycan şirkəti olan “Nobel Oil”lə bağlı mətbuatda tez-tez ziddiyyətli məqalələr dərc olunur. Ümumiyyətlə, “Nobel Oil” ətrafında qalmaqallı xəbərlər səngimək bilmir. Biz elə bu məqamları nəzərə alaraq “Nobel Oil”in fəaliyyətini dərindən araşdırmaq qərarı vermişik. Yaxın günlərdə bu şirkət barədə geniş məqaləni diqqətinizə təqdim edəcəyik.

Hələliksə qayıdaq “Roma”nın məsələsinə. Məlumatlı mənbə “Nobel Oil”in rəhbəri N.Həsənovun oğlunun hansı səbəbdən məsuliyyətə cəlb olunmadığı barədə bizə ətraflı bilgilər verib. Bəzi xırda detalları da dəqiqləşdirəndən sonra N.Həsənovun oğlu və onun törətdiyi əməlin cəzasız qalmasını şərtləndirən əməlləri açıqlayacağıq.

Missiya.Az

COMMENTS