Sabirabad sakini prezidentə müraciət etdi

Sabirabad sakini prezidentə müraciət etdi

PAYLAŞ:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Respublikanın birinci vitse –prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi cənab Kamran Əliyevə

Surəti: Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova

Surəti : Təhsil Naziri cənab Mikayil Cəbbarova

Sabirabad rayon sakini , birinci dərəcəli Dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov tərəfindən

ƏRİZƏ

Yazıb Sizə bildirirəm ki, mən 2010-2016 – cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm . 2012- ci ildən Rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla sizə məlumat verirəm Xatirladım ki, 4000 ( dörd ) min manatdan aşağı olan işləri yazmıram .

1. Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H. Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi – 28000 manat ( sübut , orada işləyən fəhlələr)

2. Heydər Əliyev Mərkəzinin tikintisi zamanı gördüyüm işlər- 16000 manat ( sübut, Mərkəzin tikintisi zamanı işləyən fəhlələr )

3. H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı Uşaq bağçasının və S. Vurğun adına şəhər 3 saylı məktəbin ön hasarlarının tikintisi üçün – 22000 manat

4. 20 Yanvar küçəsinin asfalt örtüyünün yendən qurulması – 18000 manat

5. H. Əiyev prospekti 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi – 6000 manat

6. Rayon İcra Hakimiyyətinin başçısı üçün avtomobilin alınması – 5200 manat

7. Rayon Mədəniyyət Evinə kondinsionerlərin alınması – 4400 manat

8. Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi – 12500 manat

9. Kürkənd kəndi ərazisində hasarların çəkilməsi – 11500 manat

10. Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi – 13000 manat

11. “ ASAN XİDMƏT” mərkəzinin tikintisi zamanı – 7500 manat

12. Heydər Həmidov küçəsində fərdi yaşayış evlərinin hasarlarının dəyişdirilməsi – 4400 manat

13. H. Əliyev adına Parkda Fontanın yendən qurulması – 5000 manat

14. Dörd il müddətində Novruz bayramı , istər Yeni il şənliklərinin H. Əliyev parkında keçirilməsi zamanı ən azı- 4000 manat

15. Sabirabad rayonunun 80 illik yubileyi ilə keçirilən tədbirə – 8000 manat

Bildirirəm ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordunun Zabiti olan oğlumun Bakı şəhərində evini , maşınını , özümün evimi və maşınımı satmışam .

Sizə bildirirəm ki , Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib . Lakin 18 aydır ki , mən işsizəm . Hal – hazı­rda kirayədə yaşayıram . Dəfələrlə müraciət etməyimə baxmayaraq , hər hansı bir işlə təmin olunmuram . Aclıq və səfalət içərisində yaşayıram . Yazıb Sizdən xahiş edirəm ki, mənim görülən işlərə xərclənən pullarımın geri qaytarılmasında mənə köməklik edəsiniz.

Nia.az

COMMENTS