Ölkədə nümunəvi qəbiristanlıqlar yaradılır

Ölkədə nümunəvi qəbiristanlıqlar yaradılır

PAYLAŞ:

Nümunəvi qəbiristanlıqların yaranması və idarə olunması barədə Nazirlər Kabinetinin qərarı olacaq.

Nia.az xəbər verir ki, bu fikirlərlə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Musavat.com-a müsahibəsidə çıxış edib.

Deputat vurğulayıb ki, nümunəvi qəbiristanlıqların yaradılması üçün iş gedir:

“Qəbiristanlıqlarla bağlı artıq proses tam təkmilləşib. Bütün instansiyalardan artıq rəy alınıb, tam hazır vəziyyətdədir. Ola bilsin bu, qanun şəklində olsun. Hələ ki məsələ müzakirədədir, inşallah sentyabrda ortaya çıxar. Burda söhbət qanunun sərtləşdirilməsindən getmir. Təkmilləşdirmədən, şəffaflığın təmin olunmasından gedir. Maliyyə məsələsi, maliyyə dövriyyəsi bu gün dünyada hər kəsi maraqlandırır. Burada da şəffaflıq önəmli məsələdir ki, hər bir təşkilatın maliyyə mənbələri məlum olsun və onun məsrəfləri müəyyənləşsin”.

COMMENTS