Beyləqanın meri ilə “Meyvəli” firmasının iri miqyaslı KORRUPSİYASI

Beyləqanın meri ilə “Meyvəli” firmasının iri miqyaslı KORRUPSİYASI

PAYLAŞ:

İcra başçısı və şəhər üzrə nümayəndəsi körpələrin yeməyinə göz dikib

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyevin şəhərdə fəaliyyət göstərən 6 uşaq məktəbəqədər təhsil müəssisəsinə aylıq ayrılan 1 (bir) ton ətin təyinatı üzrə istifadə etmədiyinə dair iddialar ortaya çıxıb. “Dosye.org” un yazdığına görə, B. Balakişiyev Beyləqanın uşaq bağçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbərliyi ilə sövdələşməyə gedib.

Ümumiyyətlə, təkcə ət və ət məhsullarının deyil, ərzağın bütün digər növlərinin də çox hissəsinin icra nümayəndəsi və işbaz ortaqları tərəfindən “xırıd” edildiyi, həmçinin, uşaq müəssisələri rəhbərlərinin üzərinə aylıq 100 (bir yüz) manat haqq qoyulduğu qeyd olunur. Əlbəttə, Balakişiyevin həyat yoldaşının müdirlik etdiyi 1 saylı uşaq bağçası bu “taqsa”dan azaddır. Bağça 140 yerlik olsa da, burada günün eyni vaxtında uzaqbaşı 20-30 uşağı bir arada görmək mümkündür. Qalanların normativ üzrə kağız üzərində istehlak etmişlərmiş kimi göstərilən ərzaq payları (uşaq gününə düşən faktiki ərzaq xərcləri) isə mənimsənilir. Elə həmin məhdud sayda uşaqlara verilən yeməkdən də oğurlanır.

Dosye.org araşdırmaların aşağıdakı nəticələrini Hesablama Palatasına və prokurorluq orqanına göndərməyi qərara alıb. Beyləqan şəhərində uşaq müəssisələrinin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən, məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınır. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə düzgün əməl edilmir, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi ciddi nöqsanlara yol verilir.

Mövzuya qayıdacağıq.

Nia.az

COMMENTS