Azərbaycan etibarlı tərəfdaşımızdır – Berdiməhəmmədov

Azərbaycan etibarlı tərəfdaşımızdır – Berdiməhəmmədov

PAYLAŞ:

Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

Nia.az xəbər verir ki, bu fikirləri ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır.

“Keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar – Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulandı”, –Berdiməhəmmədov vurğulayıb.

COMMENTS