AXCP üzvü Əli Kərimlini rüsvay etdi: “Üzvləri səfalət içində yaşayan AXCP-nin sədri 2 övladının təhsilinə 1 milyondan çox pul xərcləyib”– Fotofakt

AXCP üzvü Əli Kərimlini rüsvay etdi: “Üzvləri səfalət içində yaşayan AXCP-nin sədri 2 övladının təhsilinə 1 milyondan çox pul xərcləyib”– Fotofakt

PAYLAŞ:

AXCP üzvü Paşa Umudov Avropa.info-ya müraciət edib. Partiya üzvü sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə üsyan edir. Avopa.info Paşa Umudovun yazdıqlarını olduğu kimi dərc edir:

Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçilərin Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etmişdir. AXCP-nin çətin durumda olduğu, 11 nəfər cəbhəçinin həbsdə yatdığı, onların ailəsinin min-bir əziyyət çəkdiyi, üzvlərin uşaqlarının boğazından kəsib partiyaya çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir.

Rusiya ərazisində yaşayan qohumlarımın dəvəti ilə bir neçə gün öncə həmin ölkəyə gedərkən hava limanında Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşmasaydım bu məktubu heç yazmazdım da.

Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz.

Hava limanında rastlaşdığım mənzərə Əli Kərimlinin sadəcə bir partiya sədri deyil, Böyük Dələduz, Hoqqabaz və Sehrbaz olmasını, natiqlik, təşkilatçılıq qabiliyyətini AXC ideyaları, xalqın maraqları üçün deyil, özünün zənginləşməsi üçün istifadə etdiyi barədə yaranan fikirlər məni rahat buraxmadı. Bəli, son vaxtlaradək AXCP-çilər ona inanır, müqəddəs bir insan kimi baxırdılar.

Lakin 20 ildir təkrarlanan eyni ritorika (“bu rejim getməlidir”, “artıq biz hakimiyyətə gəlmək üzrəyik”), cəbhənin ən parlaq simaları olan Seymur Həzinin, Asif Yusiflinin, Fuad Qəhrəmanlının, Faiq Əmirlinin, Gözəl Bayramlının və digərlərinin həbsə atılması, Əli bəyin isə bayramdan-bayrama onların ailə üzvlərinə 300 manat yardım göndərməsi əslində hər şeyin bir məqsədə – Əli Kərimlinin və ailəsinin komfortlu yaşayışının təminatına yönəldiyini bizə göstərdi.

Əli Kərimli bu şəxslərə edəcəyi 300 manatlıq yardımdan və bayağı, düşük şəkil aksiyalarından o tərəfə keçən də deyil. Təsəvvür edin ki, 10 minlərlə cəbhəçi barədə danışdığımız bir vaxtda, küçələrə çıxaraq bu rejimin devrilməsini, əqidə yoldaşlarımızın azadlığa buraxılmasını tələb etmək əvəzinə, çayxanalarda yığışıb siyasi məhbusların plakatları ilə şəkil çəkdiririk və sonradan onu videoçarx kimi sosial şəbəkələrdə yayırıq. Görəsən Əli Kərimli tutulsaydı Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanlı, Faiq Əmirli və digərləri onu beləcə ucuzvari yola verərdilərmi? Əli Kərimli həbs edilsəydi onun əqidə yoldaşları, onların ailə üzvləri  Londonda və digər bahalı şəhərlərdə kef çəkərdilərmi? Heç inanmıram.

Və bu yalan 20 ildir davam edir. Gün kimi aydındır ki, onun Azərbaycanda hakimiyyətə gəlmək ümidləri yoxdur və bizləri sadəcə avam yerinə qoyaraq AXCP brendi altında yaratdığı şirkətdə pulsuz olaraq istismar edir. Belə olmasaydı o, kiçik oğlunu dünyaya gətirmək üçün bir neçə il əvvəl həyat yoldaşını Londona göndərməzdi. Soruşarsınız ki, burada nə var? Məntiq isə sadədir. Azərbaycanın prezidenti olmağa hazırlaşan və ümidlərini bu ölkə ilə bağlayan şəxs İngiltərədə dünyaya gələn övladına avtomatik  həmin ölkənin vətəndaşlığını qazandırmışdır. Həmişə praqmatik düşünən Əli Kərimlinin bu şahmat gedişinin səbəblərini başa düşmək üçün vunderkind olmaq gərək deyil. Zatən bu şəxsin 20 ildir söylədiyi “hakimiyyətə gələcəyik” kimi nağıllarına heç özü belə inanmır (amma bizi inandırmağa bacarmışdı) və övladının gələcəyini sığortalamaq üçün onu… İngiltərə vətəndaşı edir !!

Adi məktəblinin hesablaya biləcəyi və faktlara əsaslanan rəqəmlərə baxın. AXCP sədrinin hər iki övladı 11 il Bakı Oksford məktəbində  (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, hər iki uşağa 242 min manat vəsait xərclənib. Hər iki uşaq dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik Böyük Britaniyada oxuyublar və yaşayıblar. Londonda ortabab ali təhsilin bir ili 15 min funt sterlinqdən (hazırki kursla 33 min manat) aşağı deyil. Hər iki uşağın 5 illik təhsil xərci ən aşağısı 150 min funt sterlinq (hazırki kursla 332 min manat) edir. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 (1400 manat) funt sterlinqdir. Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, Dələduz Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt sterlinqdən (hazırki kursla 600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt sterlinq) 2 bəlkə də 3 əmsalına vurmağımız  tamamilə ədalətli olardı. Qarşımızda məmur-oliqarxların həyatına bənzər və onlardan geri qalmayan bir mənzərə canlanır. Heç nə olmaz, Allah Fuadın, Faiqin, Gözəlin, Seymurun, Asifin və digərlərinin canını sağ eləsin, onlar yatar, Əli bəy isə qazanar.

Düzdür, bu məktubu oxuyan Əli Kərimli həmişə öyrəşdiyimiz kimi ya çıxıb öz sehrbaz bacarığını göstərəcək və camaatı avam yerinə qoyaraq, nağıl söyləməyə başlayacaq, ya da ümumiyyətlə heç nə olmamış kimi davranacaqdır.  Lakin indidən bir şeyi xatırladak ki, Əli bəy, sizin 2000-ci ildən etibarən söylədiyiniz “mənə dostlarım kömək edir, onların adlarını çəkə bilmərəm” kimi nağıllarınıza heç kəs inanmır. Çünki sonuncu dəfə mətbuata verdiyiniz açıqlamada sürücünüzün təmənnasız xidmət göstərməsi barədə dediklərinizə hamımız sizin tərəfinizdən edilmiş bir zarafat, camaatla növbəti məzələnmə şousu kimi yanaşmışdıq. Nə edək? Hər ay ona 350 manat verməyinizi hər bir cəbhəçi bilir.

Gördüyümüz bu reallıqları bir çox cəhbədaşlarımız dərk edir, lakin 20 ildir avtokrat kimi partiya sədrliyindən yapışmış Əli Kərimlinin bu fırıldaqlarına qarşı səsini çıxara bilmirlər.

Səbəbi çox sadədir. Əli Kərimliyə qarşı çıxan bütün şəxslər partiyadan uzaqlaşdırılır, sosial şəbəkələrdə təhqir olunur, satqın damğası vurulur, şərə, böhtana məruz qalırlar.

Əli bəy, taktikanızı dəyişin, maskalar yırtılmışdır, artıq hamı sizin simanızı tanıyır.nia.az

Görüntünün olası içeriği: 6 kişi, ayakta duran insanlar ve açık hava

Paşa Umudov

COMMENTS