Neftçalada qəza: motosikletçi xəsarət aldı

Neftçalada qəza: motosikletçi xəsarət aldı

PAYLAŞ:

Mayın 15-də axşam Neftçala rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Həsənabad qəsəbəsinin 33 yaşlı sakini Rüfət Hilal oğlu Fərəcovun idarə etdiyi motosikletin minik maşınına çırpılması nəticəsində motosikletçi xəsarət aldığından əvvəlcə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, sonradan əməliyyat olunmaq üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

COMMENTS