Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı – Foto

Medalçıları Kəmaləddin Heydərov mükafatlandırdı – Foto

PAYLAŞ:

Mayın 16-da Azərbaycan taekvondoçuları “Bakı-2017”də ilk qızıl medalı aktivlərinə yazdırıblar.

Axar.az xəbər verir ki, qadınlar arasında yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaprak Eriş finalda türkiyəli Dürdanə Altuneli 5:4 hesabı ilə məğlub edərək İslamiadada taekvandoçularımızın ilk qızıl medalını qazanıb.

Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə ediblər.

Qaliblərə medalları Azərbaycan Taekvando və Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan idmançımız bu mərhələdə Pakistan təmsilçisi Farsin Hamdani üzərində 29:3 hesabı ilə inamlı qələbə qazanıb. Yaprak Eriş yarımfinal görüşündə iranlı Parsa Tayebehə 14:12 hesabı ilə qalib gəlib.

 Nia.az

COMMENTS