Maliyyə Nazirliyində nazir və icra başçılarını təhdid edən qrup

Maliyyə Nazirliyində nazir və icra başçılarını təhdid edən qrup

PAYLAŞ:

“Azər Bayramov- Nadir Qarayev birliyi” nazirliyi kommersiya şirkətinə çeviriblər

Redaksiyamıza Maliyyə Nazirliyində korrupsiyanın tüğyan etdiyi iddia olunan ilginc məlumat göndərilib.
Maliyyə Nazirliyinin əməkdaşı olduğunu iddia edən şəxs deyir ki, nazir Samir Şərifovun 1-ci müavini Azər Bayramovun fəaliyyəti yalnız onun şəxsi mənafeyinə xidmət edir: «Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu artıq nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir.
Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini həyata keçirsin, həm də ki, aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etibarını və etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri “təsnifatı”nı aparır, həm aparılmış büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə də Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsədiyi vəsaitlərin üstünü ört-basdır edir».
Məlumatlı şəxsin sözlərinə görə, Dövlət Büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə, çox aydın görmək olur ki, Azər Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamamı ilə, ya da qismən çıxarılır: «Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur. Bu xərclər əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri isə kənar adam deyil. O, Azər Bayramovun yerlisi, yaxın qohumu və dostu Gədəbəyli Nadir Qarayevdir. Nadir Qarayev Azər Bayramovun göstərişi ilə Samir Şərifova çatacaq paydan əlavə Azər Bayramov üçündə «pay alaraq» vaxtaşırı onun qarşısında hesabat verir».
Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo” rejimi hökm sürdüyü bildirilən məlumatda qeyd olunur ki, tərtib olunan maliyyə sənədləri nə dərəcədə düzgün, qanunauyğun olmasına baxmayaraq. Burada «süzgəc»dən keçməlisən: «Əks təqdirdə günlərlə, həftələrlə, hətta aylarla belə təqdim olunan sədlərin icrası yubadılır, süründürməçiliyə yol verilir və nəticədə də «hesab» ödənmədiyi üçün geri qaytarılır. Bu barədə səsini çıxartdıqda isə daha sərt qəzəbə gələ və bununla da sıxıntılı günlərlə üzləşmək qaçılmazdır. Bütün bunlar isə  Maliyyə Nazirliyində Dövlət Xəzinədarlığı Baş Direktoru ilə yanaşı, Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Azər Bayramovdan qaynaqlanır. Halbuki,  Dövlət Xəzinədarlığının fəaliyyəti ilə Dövlət Maliyyə Nəzarət Xidmətinin fəaliyyəti üst üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi düzgün deyildir. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Nadir Qarayev birliyinin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil”.
Bəs, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov və digərləri bu «birliyə» qarşı necə müqavimət göstərir?
Bu və ya digər suallar ətrafında araşdırmalarımız olacaq.
Onu da qeyd edək ki, yazıda adları çəkilənlərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.
İsmaric.az

COMMENTS