Kəmaləddin Heydərov Beyləqana gedir

Kəmaləddin Heydərov Beyləqana gedir

PAYLAŞ:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 23-də saat 11:00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edəcək.

Nia.az xəbər verir ki, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul zamanı yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qeyd edək ki, qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında mayın 22-də, saat 09.00-da başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

COMMENTS