İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Neftçala rayonunda səfərdə olub-Foto

İsrailin Azərbaycadakı səlahiyyətli səfiri Dan Stav Neftçala rayonunda səfərdə olub-Foto

PAYLAŞ:

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın cənub rayonlarından olan Neftçala rayonuna səfər edib.

Nia.az xəbər verir ki , o, Neftçala rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevlə görüşüb. Görüş zamanı kənd təsərrüfatı, balıqçılıq, səhiyyə, turizm və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib. Səfir daha sonra Neftçala Sənaye Parkında yerləşən “Azer YOD” MMC və Balıq Bərpa Mərkəzinə baş çəkib.

Dan Stav isə öz növbəsində İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini icra başçısının diqqətinə çatdırıb. “Şimal-Cənub” nəqliyyat dəhlizi barədə fikirlərini bölüşüb.Neftçalanın kənd təsərrüfatında, elm, təhsil və turizm sahəsindəki potensialı ilə rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.

Qeyd edək ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Nia.az

COMMENTS