İcra başçısı Pətək Dinçözə hədiyyə hazırlayıb

İcra başçısı Pətək Dinçözə hədiyyə hazırlayıb

PAYLAŞ:

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Pətək Dinçözə torpaq sahəsi hədiyyə edəcək.Bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Bir ayağı Azərbaycanda, bir ayağı Türkiyədə olan müğənni icra başçısının ona söz verdiyini vurğulayıb:

“Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Qeyd edək ki, P. Dinçöz Şəkidə konsert verib.Minval.info

COMMENTS