Gəncədə saxda diplomlu elimlər namizədi- ŞOK

Gəncədə saxda diplomlu elimlər namizədi- ŞOK

PAYLAŞ:

Yaxud Təhsil Nazirliyi Arifə Əhmədovanın plagiatlığına niyə göz yumub?

Qəzetimizin ötən saylarından birində Gəncə Dövlət Universitetindəki qanunsuzluqlarla bağlı yazı dərc etmişdik. Həmin yazıdan sonra Gəncədən redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlərdə GDU-dakı müxtəlif neqativ hallardan bəhs olunur.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Universitetdəki vəziyyətlə bağlı apardığımız araşdırma zamanı isə yeni məlumatlar topladıq. Həmçinin bu məlumatları təsdiq edən sənədləri də əldə etmişık. Bütün bunlar Gəncə Dövlət Universitetinin coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızının saxtakarlığı, pedaqoq adına yaraşmayan davranışları, qanunsuz əməlləri, rəhbərliyin onun qarşısında hansısa səbəbdən aciz qalması barəsindədir.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Onu da qeyd edək ki, araşdırmalarımız zamanı GDU-nun bir qrup müəllimləri də bu məlumatların doğruluğunu təsdiq edib. Əldə etdiyimiz bu məlumatlar heç yerdə yayımlanmayıb. Tamamilə yeni məlumatlardır və biz bunu ictimailəşdirmək qərarına gəldik.

Əvvəlcədən onu da qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasənş elmi əsərlərində plagiat halları aşkar edilən şəxslər universitetin müəllimliyindən azad olunur, yəni həmin əməkdaşla əməkdaşlığa son qoyulur. Lakin əldə etdiyimiz rəsmi sənədlərdən hər şeyin aydın görünməyinə baxmayaraq, nazir özü öz əmrinin icra edilməsinə mane olur.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

İndisə keçək faktlara. Əldə etdiyimiz məlumata görə, Gəncə Dövlət Universitetinin coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır. Məsələ burasındadır ki, Arifə Əhmədova 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsi haqda diplom əsasında işə düzəlib. Lakin 2002-ci ildə Gəncə Dövlət Universitetinin əməkdaşlarından biri Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin rəhbərliyinə sorğu ünvanlayıb. Həmin sorğuya verilən cavabdan aydın olur ki, sən demə, adı çəkilən universitetdə Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud qiyabi təhsil alması əmrdə qeydə alınmayıb. Sorğuya verilən cavab məktubu rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunub.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Ancaq bu Arifə Əhmədovanın yeganə saxtakarlıq və yol verdiyi qanunsuzluq deyil. Gəlin, növbəi fakta diqqət yetirək. Bu fakt da ondan ibarətdir ki Arifə Əhmədova “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxıb. Həmin kitab 2007-ci ildə işıq üzü görüb. Kitabın müəllifi isə dosent Nuriyev Rəşad Məmməd oğludur. Həmin kitab eyni zamanda, Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə təsdiq olunub. Bu qərar 4 saylı protokolda öz əksini tapıb. Lakin buna baxmayaraq, Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı 2014-cü ildə işıq üzü görüb. Kitabda müəllifin dosent əvəzi (kitabın son səhifəsində Arifə Əhmədova GDU-nun coğrafiya fakültəsinin dosenti kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu yazılıb. Eyni zamanda həmin plagiat kitab Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq olunub. Bu iki kitabı biri-birilə tutuşdurduqda açıqca bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı əvvəli kitabdan olduğu qaydada köçürülüb. Bu isə şübhəsiz ki, dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Bundan başqa,Arifə Əhmədlinin ikinci metodik vəsaiti də var ki, bu da Radanovun kitabından olduğu kimi köçürmədir. Saxta diplomla siyasi elmlər namizədi olan bu adam hələ də bilmir ki, Baltikyanı respublikalar MDB üzvü deyil. O, tələbələr üçün hazırladığı vəsaitdə MDB respublikalarının sayını 15 yazıb. Təsəvvür edirsinizmi, elmlər namizədi Estoniya, Latviya, Litva respublikalarını MDB üzvü kimi qələmə verib.

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Onun-bunun əsərlərini köçürüb ,öz adına çıxanArifə Əhmədova elmi adını almaq üçün sənədlərini Ali Attestasiya Komissiyasına göndərib. Bütün universitetə car çəkir ki, Ali Attestasiya Komissiyasında professor Arif Quliyev mənim işimi həll edəcək. Çox maraqlıdır ki, Xucənd Universitetinin rektorunun onların təhsil müəssisəsində belə bir şəxsin təhsil almadığını bildirən, bunu imzası və möhürü ilə təsdiq edən rəsmi cavab məktubuna rəğmən, saxta diplomla Arifə Əhmədova nəinki, Gəncə Dövlət Universitetində müəllimlik edir, hətta dissertasiya müdafiə edərək alimlik elmi adı da alıb.

Təəccüblüdür, deyilmi? Bəlkə də Azərbaycan reallığı üçün “yox” demək olar, amma fərqinə varanda, çox acınacaqlı reallıqdır. Bizim üçün çox maraqlıdır,Arifə Əhmədova saxta diplomla nazirlik statusunda olan, elmi işlərin ekspertizasını həyata keçirən bir dövlət orqanında, bir qurumda elmi iş müdafiəsinə necə buraxılıb? Ona necə elmi dərəcə verilib? Yəni doğrudanmı, saxta diplomla çox hörmətli Arif Mehdiyevin sədrlik etdiyi AAK-da elmi iş müdafiə edib elmi rütbəyə yiyələnmək, alim olmaq mümkündür? Komissiyanın ekspertləri bu saxta diplomu kənara qoyub Arifə Əhmədovanın plagiat əsərlərinə görə ona necə elmi titul verir?

GDU-da biabırçılıq və ya saxta diplomlu elmlər namizədi

Bundan başqa Tacikistan mənşəli bu saxta diplom Azərbaycanda Təhsil Nazirliyi tərəfindən nostrifikasiya prosedurundan keçməyib. Çünki ağlı başında olan hər hansı normal adam saxta diplomu nostrifikasiya üçün nazirliyə verməz, o diplomun doğruluğunun araşdırılmasına risk etməz. Tutaq ki, hətta əgər o diplom saxta yox, həqiqi olsa belə, əgər nostrifikasıya olunmayıbsa, GDU-nun coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın haqqında bəhs etdiyimiz həmin diplomu Azərbaycan təhsil sistemi üçün yenə yararsız sayılır. Nə qədər ki, gec deyil, saxta diplomla elmi dərəcə alıb Gəncə Dövlət Universitetində müəllimlik edən Əhmədova Arifə Abbasəli qızının əlindən tutub auditoriyadan səssiz-səmirsiz çıxarmaq, o saxta diplomu da müsadirə edib əşyayi-dəlil kimi cinayət işinin arasına qoymaq, illərdən bəri dövlət büdcəsinə vurulmuş maddi zərəri ödətdirmək lazımdır (çünki, o, illər ərzində saxta diplomla müəllimlik edərək dövlətdən külli miqdarda maaş alıb).

Bunlardan əlavə Arifə Əhmədovanın diplom saxtakarlığından başqa bir insan kimi, ələlxüsus da qadın kimi necə bir mənəviyyat daşıyıcısı, qadın-müəllim kimi hansı xarakterə malik olduğunun, bir sözlə, kimliyi də maraqlıdır. Bu barədə də müəyyən məlumatlar əldə etmişik. Təqdim edəcəyimiz təqdimat bu adam haqqında təəssürat almaq üçün tam yetərlidir. Bu təqdimat o zamanArifə Əhmədovanın işlədiyi “Coğrafiya” kafedrasının müdiri olan, dosent Ə.M.Məmmədov tərəfindən həmin vaxtlar GDU-nun rektoru olan professor Mübariz Yusifova ünvanlanıb. Biz Arifə Əhmədovanı xarakterizə edən həmin təqdimatı nöqtə-vergülünə belə toxunmadan olduğu kimi dərc edirik: “Cənab rektor, coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın yaramaz və kobud antipedaqoji hərəkətləri barədə 3 avqust 1999-cu il tarixdə Sizin yanınızda olub hər şeyi danışmışam. Bundan başqa rəsmi surətdə Sizə yazıb məlumat vermişəm. Təəssüflər olsun ki, keçən il həmin hadisələrdən sonra Arifə Əhmədova haqqında heç bir tədbir görülmədi. Elə ona görə də bu il 27 may 2000-ci il tarixdə Arifə Əhmədova məni ən pis söyüşlə təhqir etmiş və kafedranın dörd üzvü yanında hətta məni qənd qabı ilə vurmaq da istəmişdir, lakin ona imkan verməmişlər. Hörmətli Mübariz müəllim, vaxtınızı almamaq üçün Arifə Əhmədova haqqında aşağıdakıları bildirirəm:

-Arifə Əhmədova kafedrada özünü çox nalayiq aparır; -Ən pis küçə söyüşlərini və sözlərini kafedrada adi söz kimi işlədir;

-Kafedrada ən intizamsız müəllimdir, çoxlu dərs buraxır (onlarca fakt var);

-Kafedrada hegemonluq edir, hətta müəllim yoldaşlarla danışıqda deyir ki, “mənimlə belə … danışma. Soruşanda ki, axı sən kimsən? Cavab verir ki, “mən böyüklərin böyüyüyəm”;

-Tələbələr yanında müəllim kimi nüfuzu yoxdur;

-Heç nədən tələbələri incidir (1-ci kurs tələbəsi Kubışev Uğur Nadir oğlunu kafedraya salıb şillələyib);

-Uzaq kompleks təcrübə zamanı idarə rəhbərləri yanında nalayiq hərəkətlər edir (faktlar var);

-Üzünü koridora tutub hamının qarşısında deyir ki, “onsuz da burada kişi yoxdur” və s. çoxlu fakt göstərmək olar. Sizdən xahiş edirəm, Arifə Əhmədova barədə olduqca ciddi tədbirlər görəsiniz. Elə etməyin ki, mən müvafiq sənədlərlə hüquq-mühafizə orqanlarına müraciət edim. İmza: dos. Ə.M.Məmmədov “Coğrafiya” kafedrasının müdiri”

Universitet koridorunda durub “burda kişi yoxdur”deyə hayqıran ərsiz bir qadının belə ikibaşlı, üçbaşlı cümlə səsləndirməsinin fərqinə hörmətli Mıkayıl Cabbarov varmalıdır. Arifə Əhmədova siyasi elmlər namizədi elmi dərəcəsi olduğuna və siyasi baxışlarına görə yox, karyera xatirinə və başlıcası da toxunulmazlıq statusu qazanmaq, etdiyi saxtakarlıqları risk edib kimsənin üzə çıxarmaması üçün öncə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olub. Amma çox çəkməyib ki, yuxarıdakı təqdimatda qeyd edilən qaba və qadın üşün ikrah hissi doğuran

davranışlarına görə bu partiyadan uzaqlaşdırılıb. Sonra isə Azərbaycan İslam Partiyasına daxil olub. Mapaqlıdır, universitet hara, bu cür davranış hara, hicab hara?

Bizdən demək.. Görək, Təhsil Nazirliyi bu faktlarla bağlı hansısa tədbirlər görəcəkmi?

GundemXeber.az

COMMENTS