Aydın Qasımovun oğlu Cavid Qurbanovun necə köməkçisi oldu?

Aydın Qasımovun oğlu Cavid Qurbanovun necə köməkçisi oldu?

PAYLAŞ:

Vətəninfo.az bir müddət əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin sabiq rəisi, hazırda Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasında dosent vəzifəsində çalışan ədliyyə general-mayoru Aydın Qasımov və onun Vergilər nazirliyində çalışan oğlu Ramiz Qasımzadə ilə bğalı məlumat dərc etdikdən sonra,redaksiyamıza Aydın Qasımovun digər oğlu Rauf Qasımzadə ilə bağlı da məlumat daxil olmağa başladı.

Qeyd edək ki, Aydın Qasımov “Petensiar Xidməti”nin rəsisi olduğu dövrdə general-mayor ona belə yüksək vəzifəni həvalə etmiş Heydər Əliyev siyasi xəttinə arxa çevirmiş və ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə prezideneti İlham Əliyevə qarşı yaradılmış olan qrupda gizlin olaraq fəaliyyət göstərib.Elə onu ədliyyə sistemindən qovulmasına da səbəb məhz İlham Əliyevə qarşı yaradılmış olan qrupda gizlin olaraq fəaliyyət göstərməsi idi.Maraqlıdır ki, “Qələmi qırılan” general-mayor sehirli əllər tərəfindən yenidən “dirildirdi” və 2008-ci ildən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasında dosent vəzifəsinə gətirildi.Aydın Qasımov özünə “yer”etdikdən sonra övladlarına “gün ağlamağa” başlayıb ki,ona belə “razqom” götürməyə kimlərin kömək etdiyini öyrənmək elə də çətin olmadı.

Aydın Qasımovun bir oğlu Ramiz Qasımzadə Vergilər nazirliyində hüquq depatamentində,digər oğlu Rauf Qasımzadə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun köməkçisidir. Aydın Qasımovun necə övladlarını sözün həqiqi mənasında yüksətdiyi aşkara çıxır.

Amma maraqlısı budur ki, Aydın Qasımov Cavid Qurbanova yaxınlığı ilə bilinən şəxslə QUDA olduqdan sonra övladları gün-güzaran görməyə başlayıb.Çün ki, vəzifədən vurulub salınan birinin övladların vəzifələrə yerləşdirməsi müşkül məsələ deyil.Aydın Qasımov da Qurbanovun yaxını ilə QUDA olmaqla bu problemi həll edib.

Rauf Qasımzadə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi olduqdan sonra isə, qaz vurub qazan doldurur.

Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Cavid Qurbanovun yaxını ilə quda olduqdan sonra, millət vəkilinin köməkçisi kreslosuna oturan Rauf Qasımzadə öz bibisi oğlu Xaliqi belə işsiz qoymur və özünə sürücü kötürüb.

Daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə və müəssisə rəhbərləri Cavid Qurbanovun yanında onlarla bağlı müsbət rəyin yaradılması üçün Rauf Qasımzadənin lobbiçiliyindən belə istifadə edirlər.

Hətta iddialara görə,Rauf Qasımzadənin lobbiçilyindən istifadə etməyənlər gözəl bilirlər ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri yaında gözdənsalma işi aparıla bilər ki, bu da onlara sərf etmir.Cənab Qasımzadə iddialara görə,ilkin olaraq bibisi oğlu eyni zamanda da sürücüsü olan Xaliqi idarə rəsilərinin yanına göndərir və onlara onu xoş tutmaları üçün mesajını çatdırır.Bu mesajı başa düşən və qəbul edənlər Rauf Qasımzadənin istəyinə müsbət cavab verir və Xaliqi paketlə yola salırlar.Bu mesaja mənfi cavab verənlər isə hər gün ürək döyütüsü ilə yaşamağa məhkum olurlar.

İddialara görə, Cavid Qurbanovun yanında idarə-müəssisə rəhbərləri ilə bağlı müsbət rəyin formalaşırılması da elə-belə başa gəlmir və bunun da xüsusi haqq-hesabı vardır.

Bu haqq-hesabı ödənyənlər Rauf Qasımzadə ilə “can-ciyər” olurlarsa, Qasımzadənin maraqlarına cavab verməyənlər isə “Qara dəftər”ə adların salmış olurlar.Eyni zamanda daxil olan məlumatda oda iddia edilir ki, Rauf Qasımzadə qardaşı Ramiz Qasımzadənin sahibi olduğu “Konsul” hüquq və Vergi Xidmətləri Mərkəzini də işsiz qoymur.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə və müəssisələri məhz hüquqi və vergi xidmətlərin Ramiz Qasımzadənin sahibi olduğu mərkəzdən alırlar.

Aydın Qasımovun və onun övladlarının belə yüksəlişində payı olan şəxsin kimliyi ilə bağlı isə gələn yazımızda.

Redaksiyadan: Yuxarıda səsləndirilən iddialarla bağlı cənab Aydın Qasımov və onun övladları Ramiz və Rauf Qasımzadənin də mövqelərin dərc etməyə hazırıq.

Nia.az

COMMENTS