Atatürk Naxçıvana görə İrandan torpağı necə alıb…

Atatürk Naxçıvana görə İrandan torpağı necə alıb…

PAYLAŞ:

1920-ci illərdə Azərbaycandan qopmuş Naxçıvan İranla Ermənistan arasında sıxışıb qalmışdı. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk öz vəsaiti hesabına İrandan torpaq satın alaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyəninn bugünkü sərhədlərini yaradır.

Moderator az xəbər verir ki, Qurtuluş Savaşı üçün “Biz bu müharibəni yalnız öz ad və hesabımıza etmiş olsaydıq, daha az müddətdə və daha az qanla bitərdi. Biz bu müharibə bütün məzlum millətlər adına etdik” deyən Atatürkün illər öncə aldığı həmin torpaq parçası 1990-cı illərdə Qarabağın başına gətirilənlərin bənzərinin Naxçıvanın başına gətirilməsinin qarşısını alıb.

Türkiyənin İqdır rayonu ilə həmsərhəd olan Naxçıvanla ümumi sərhədin uzunluqğu təxminən 11 km-dir. Burada yerləşən Dilucu Sərhəd Qapısı eyni zamanda Türkiyənin Orta Asiyaya açılan qapısıdır.

Bu və buna bənzər strateji həmlələri olan Mustafa Kamal Atatürkü 1916 və 1922-ci illər arasında İngiltərənin baş naziri olan Loyd Corcun onun haqqında dediyi sözlərlə anaq:

“Bəşəriyyət tarixi bir neçə əsrdə bir dahi yetişdirir. Bu bəxtsizliyimizə baxınız ki, o dahini türklər indi tarix səhnəsinə çıxardı. Həm də bizə qarşı. Əldən nə gələ bilərdi?”

 

COMMENTS