Ağsuda qanun tanımayan Mikayıl İsmayılovun yaxın qohumu kimdir…? – ARAŞDIRMA

Ağsuda qanun tanımayan Mikayıl İsmayılovun yaxın qohumu kimdir…? – ARAŞDIRMA

PAYLAŞ:

Ağsu ictimaiyyətindən BakuNews.az-a ilginc məlumat daxil olub. Etibarlı mənbənində bildirdiyinə görə, Rayon Poçt Şöbəsinin müdiri qeyri qanuni işlərə imza atmaqdadır. Əvvəla diqqətinizə çatıraq ki, söhbət Mikayıl İsmayılovun yaxın qohumu Vasif İsmayılovdan gedir. Mikayıl İsmayılovun tutduğu postun sayəsində işində buraxdığı nöqsanlara görə toxunulmazlıq əldə edən V.İsmayılov artıq Ağsu ictimaiyyətinin nəzərindən qaçmayan qanunsuzluqlara imza atır. Redaksiyamıza verilən məlumata görə, V.İsmayılov Əmək stajına ehtiyacı olan şəxslərə “şirinlik” qarşılığında Əmək kitabçasına imza ilə möhür vuraraq işçi olduğunu təsdiq edir – deyə məlumat verilir. Bundan Əlavə Poçt işçilərinin maaş kartları işçilərdə deyil V.İsmayılovun cibində olur. Maaş zamanı hər ay işçilərin məvacibindən 30 AZN səbəbsiz tutduqdan sonra qalıq pullarını özü nəğd şəklində işçilərinə təqdim edir – deyə bildirilir.

Bütün bu iddiaların araşdırılması tərəfimizdən aparılmaqdadır. Bundan əlavə verilən məlumatda V.İsmayılovun cinayət işinin araşdırılmasının olduğu ilə bağlı redaksiyamıza məlumat verilib.Həmin cinayətin hansı səpkidə törədilməsi və nəticələri barədə geniş məlumat verəcəyik. Cinayətinin nə olduğu bizə bildirilsədə araşdırmadan həmin məsələ ilə bağlı yanlış ola biləcək detallara toxunmaq istəmirik. Yuxarıda göstərilən iddialarla bağlı V.İsmayılovla əlaqə saxlamağa cəhd etdik. Amma cəhdlərimiz boşa çıxdı V.İsmayılovun əlaqə nömrəsini verən olmadı. Nə qədər Olmasa Neft şirkətinin Vitse-Prezidentinin qohumudur ictimaiyyətdə qorxu xofu yaradıb desək yanılmarıq. Araşdırmalarıız davam edir.
Bizi İzləməyi Unutmayın… (Baku News)

COMMENTS