Abutalıbovsuz meriyada hansı məmurlar “tikan üstə oturub”? – Eksklüziv adlar…

Abutalıbovsuz meriyada hansı məmurlar “tikan üstə oturub”? – Eksklüziv adlar…

PAYLAŞ:

Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu hələ də boşdur; Bu vəzifəyə kimin təyin olunacağı barədə müxtəlif versiyalar səslənir…

Yeni mer kim olacaqsa, komandanı yeniləyəcək. Hazırda kreslosu laxlayanlardan biri başçı müavini Fidumə Hüseynovadır.

Həmçinin, ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi müdiri Əli Əsgərov, şəhər təsərrüfatı və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdiri Xalid Ələkbərov, nəzarət şöbəsi müdiri Zülfəli İsmayılov vəzifəsindən azad oluna bilər.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev də vəzifəsindən azad oluna bilər. Onsuz da başı üzərində “qara bulud”lar dolaşırdı.

Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək Bakı şəhər İH-in tenderlərinin qalibləri olublar.

Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun  dayısı olduğu Rafael Mehrəliyevden çox yazıb.

Ancaq sayt bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır. Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib.

Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib.

Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.

Məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.

Abutalıbovdan sonra sözügedən məmurlar meriyada “tikan üstə oturublar”. Onlar bu gün – sabah sərəncamı gözləyirlər. Odur ki, çamadan ovqatına bürünüblər. Ən əsası da Mehrəliyev…Fia.az

Nia24.info-nun apardığı araşdırmalar nəticəsində məlum olub ki,Vidadi Zeynalov və Mehrəliyev qardaşları Azərbaycanda taladıqları pulları gizli şəkildə ölkədən çıxarıblar.

Azərbaycanlı jurnalistlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin Türkiyədə özünün, qardaşının və arvadının adına şirkətlər olduğunu üzə çıxarıblar. Türkiyənin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edən jurnalistlər Mehralıyevlərə məxsus olduğu bildirilən şirkətlərin kapitalının məbləğini də üzə çıxarıblar.Nia24.info xəbər verir ki, Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidir. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reysterində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehrəliyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.Yəni, Əhməd Rəsəbli küçəsi 6-da yerləşən binanın ən azı iki mənzili bu ailəyə məxsusdur. R.Mehrəliyevin daha bir milyonluq şirkəti isə “LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətidir. Şirkət 2012-ci ildə təsis olunub. LEDA-nın nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın isə səhmlərinin dəyəri 800 min türk lirəsdir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir.

Rəfail Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.Mübariz Mehrəliyevın həyat yoldaşı Gülnarə Mehrəliyevanın da şirkətləri, o cümlədən “Nare” adlı restoranı var. Reyster sənədlərindən bəlli olur ki, G.Mehrəliyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb. Birlikdə öz adlarına 3 şirkət qeydə aldıran ailənin birinci şirkəti 2012-ci ildə təsis olunub. Həmin şirkətin adı “ALLİANCE” Eğitim Turizm İnşaat Gida Ticaret Limited” Şirkəti olub. Şirkət 2014-cü ildə qapadılıb. Bundan sonra Gülnarə Mehrəliyeva “NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 000 lirəsi G.Mehralıyevaya məxsusdur. Üçüncü şirkət isə “İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehrəliyevə məxsusdur.

“Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Qanuna görə vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Ancaq bu hal Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentiin rəisi Rafael Mehrəliyevin bizneslə, özü də ölkə xaricində məşğul olmasına mane ola bilməyib. Bu kimi hal həm də məmurlar tərəfindən qanunlara əməl olunmamasının, qanunlara hörmət edilməməsinin nəticəsidir.

Ancaq yəqin ki, oxucularımızı həm də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev sərvətini hansı yolla və haradan qazanması maraqlandırır. Qeyd edək ki, Rafael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov tərəfindən gətirildiyi iddia olunur. Bu iki şəxsin qohum olması haqqında məlumatlar var. İstintaq materiallarına görə, Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil edib.

İndi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin Türkiyədə özünün, qardaşının və arvadının adına üzə çıxan şirkətləri də bu şəxsin rəhbərlik etdiyi Departamentin büdcə vəsaitləri hesabına həyata keçirdiyi maliyyə əməliyyatlarına diqqət ayırmağı gündəmə gətirib. Çünki, Rafael Mehrəliyevin Türkiyədə özünün, qardaşının və arvadının adına üzə çıxan şirkətlər haqqında məlumat onun biznesinin yalnız görünən üzüdür. Departarment rəisinin biznesinin görünməyən üzü haqqında isə biz məlumat verməyə çalışacağıq. Buna görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ayrı-ayrı MMC-lərlə həyata keçirdiyi maliyyə əməliyyatları ilə bağlı geniş araşdırma aparmağa qərar verdik. Araşdırma çərçivəsində Departament rəisi Rafael Mehrəliyevin də mövqeyini öyrənməyə çəhd edəcəyik.

Nia24.info

COMMENTS